reklam
Osimhen
Sportfm.az xəbər saytı

Osimhen "Qalatasaray"da qalacaq -Anlaşdılar


"Qalatasaray" ötən mövsüm icarə əsasında heyətinə qatdığı Viktor Osimheni komandada saxlamaq istəyir.

Sportfm.az xəbər verir ki, İstanbul nəhəngi nigeriyalı hücumçuya illik 16 milyon avro maaş təklif edib. Bu barədə "Corriere dello Sport" nəşri məlumat yayıb.

Osimhen özü də "Qalatasaray"da qalmaq niyyətindədir. 26 yaşlı forvard "sarı-qırmızılar"ın təklifi ilə razılaşıb.

Hazırda iki klub arasında danışıqlar davam edir.

Qeyd edək ki, Viktor Osimhen ötən mövsüm "Qalatasaray"ın heyətində meydana çıxdığı 41 rəsmi matçda 37 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb. Onun "Napoli" ilə müqaviləsi gələn ilin yayında bitir.

Oxşar xəbərlər

Osimhenə Səudiyyə Ərəbistanından təklif gəldi
Osimhen tarix yazdı
Osimhen qalmaq istəyir - klublar anlaşır
Osimhen ərəblərin təklifini rədd etdi
Türkiyə klubu 65 milyonundan keçməyə hazırdı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər