reklam
Millimiz Avropa çempionu adını qazandı
Sportfm.az xəbər saytı

Millimiz Avropa çempionu adını qazandı


Azərbaycanın yunan-Roma güləşi üzrə U-15 milli komandası İtaliyanın Kaorle şəhərində keçirilən Avropa çempionatının qalibi olub.

Sportfm.az xəbər verir ki, 1 qızıl, 2 gümüş və 3 bürünc medal qazanan yığmamız komanda hesabında birinci yeri tutub.

Yunan-Roma güləşçilərimiz ümumilikdə 131 xalla Ermənistan (125 xal) və Gürcüstanı (99 xal) qabaqlayıblar.

Qeyd edək ki, millinin heyətində Ömər Salmanov (44 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb.

Hüseyn Əmrahlı (38 kq) və Ruslan Nuriyev (75 kq) gümüş, Xudayar Kərimli (38 kq), Hüseyn Mustafazadə (52 kq) və Nadir Həsənov (62 kq) isə bürünc mükafata yiyələniblər. Bu komandamız 3-cü dəfə qitə çempionluğunu qeyd edir. Yığmamız 2022 və 2024-cü illərdə də analoji uğura imza atıb.

Xatırladaq ki, bir neçə gün öncə sərbəst güləş millimiz də İtaliyada Avropa çempionluğu yaşayıb.

Oxşar xəbərlər

Millimiz Avropa çempionu oldu - Uğur
Daha bir güləşçimiz qızıl medal qazandı
Millimiz Avropa çempionatında 3-cü oldu
Millimiz Avropa çempionatının qalibi oldu
Güləş millimiz Avropa ikincisi oldu - UĞUR

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər