reklam
Cüdoçularımız günü medalsız başa vurdu
Sportfm.az xəbər saytı

Cüdoçularımız günü medalsız başa vurdu


Azərbaycanın yeniyetmə cüdoçuları Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən Avropa çempionatının ikinci gününü medalsız başa vurublar.

Sportfm.az xəbər verir ki, bu gün tatami üzərinə çıxan milli komandanın 7 üzvü fəxri kürsüdə yer ala bilməyib.

Əli Hümbətov (66 kq), Ayxan Həsənli, Səid Şərifov (hər ikisi 73 kq), Aysun Məmmədova, Nuranə Hacızadə (52 kq), Səmayə Yusifli (57 kq) və Ayan Əliyeva (63 kq) ilkin mərhələlərdə rəqiblərinə məğlub olublar.

Azərbaycan cüdoçuları ötən gün Avropa çempionatında 6 medal əldə ediblər. Anar Quliyev (50 kq), Rəsul Əlizadə (55 kq), Zeyd Ələsgərov (60 kq) qızıl, Nərmin Ağamirzəzadə (48 kq) gümüş, Gülşən Hüseynova (44 kq) və Leyla Ələkbərova (48 kq) isə bürünc medal qazanıblar.

Oxşar xəbərlər

Millimizin Avropa çempionatı üçün heyəti - SİYAHI
Cüdoçularımız “Böyük Dəbilqə”ni medalsız başa vurdu
Qubada bir günə 12 medal qazandılar - Avropa Kuboku
Cüdoçularımız Avropa Kubokunda 5 medal qazandı
Cüdoçularımız Türkiyədə 12 medal qazandılar

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər