reklam
Milli üzvləri ilə görüş keçirildi
Sportfm.az xəbər saytı

Milli üzvləri ilə görüş keçirildi


Yeniyetmələr arasında Avropa çempionatında iştirak edəcək milli komandamızın üzvləri ilə görüş keçirilib.
Sportfm.az xəbər verir ki, görüşdə Azərbaycan Cüdo Federasiyasının (ACF) vitse-prezidenti Elnur Məmmədli, icraçı vitse-prezident Rəşad Rəsullu, prezidentin müşaviri Natiq Bağırov və yığmaların məşqçi heyəti iştirak ediblər.

Federasiya rəhbərliyi idmançılara olan etimadını ifadə edərək, onlardan Avropa çempionatında uğurlu nəticələr gözlədiklərini vurğulayıb. Cüdoçulara həmçinin qarşıdakı yarışla bağlı tövsiyələr verilib.

Cüdo üzrə yeniyetmələr arasında Avropa çempionatı 26–29 iyun tarixlərində Şimali Makedoniyanın paytaxtı Skopyedə keçiriləcək. Qitə birinciliyində Azərbaycanı ümumilikdə 14 çəki dərəcəsində 19 idmançı (10 oğlan, 9 qız) fərdi mübarizədə təmsil edəcək. Ölkəmiz turnirin son günündə qarışıq komanda yarışında da mübarizə aparacaq.

Oxşar xəbərlər

Beynəlxalq Federasiyasının bayrağı Azərbaycana təqdim olundu - FOTO
Avropa çempionatında ölkəmizi təmsil edəcək daha bir cüdoçunun adı bilindi
Azərbaycan millisinin Avropa çempionatı üçün heyəti - SİYAHI
Gənc cüdoçularımız Avropa çempionatına doğru
Rövnəq Abdullayev milli komandamızın üzvləri ilə görüşüb...FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər