reklam
Millimiz Moldovaya qalib gəldi
Sportfm.az xəbər saytı

Millimiz Moldovaya qalib gəldi


Bakıda təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası ilk yoxlama görüşünə çıxıb.
Sportfm.az AFFA-ya istinadən xəbər verir ki, U-16 Moldovanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Binə stadionunda təşkil olunan oyun millimizin 3:2 hesablı qələbəsi ilə başa çatıb. Komandamızın heyətində qolları Nihat Hüseynzadə, Firdovsi Şeydayev və Cavidan Əlizadə vurublar.
Qeyd edək ki, Azərbaycan və Moldova milliləri iyunun 21-də eyni məkanda ikinci yoxlama görüşündə üz-üzə gələcəklər.

Azərbaycan (U-16) – Moldova (U-16) - 3:2
Qollar: Nihat Hüseynzadə, 45; Firdovsi Şeydayev, 81; Cavidan Əlizadə, 90+2 - Mixai Puşkaşu, 45+1; Boqdan Lupaşko, 86
Azərbaycan: 12. Kamal Camalzadə, 3. Vaqif Məmmədli (17. Nicat Əhmədzadə, 74), 5. Roman Fərzəli, 21. Uğur Qurbanlı (k), 6. Ruslan Quliyev, 7. Yusif Orucəliyev (2. Mehdi İsmayılov, 46 / 4. Vaqif Nəbiyev, 64), 8. Nihat Hüseynzadə, 24. Rəsul Balakişiyev (18. Cavidan Əlizadə, 64), 11. Tunar Bayramov (16. Şikar Şikar, 46), 9. Ömər Kosayev (20. Mehdi Hüseyn, 64), 10. Əli Bəşirov (19. Firdovsi Şeydayev, 74)
Ehtiyat oyunçular: 1. Bilal Hacıyev, 13. Əli İsrafilov, 14. Ramil Hacıyev, 15. Cəfər Cəfərzadə, 23. Daniil Rəcəbov, 25. Ranar Qazibəyov, 27. Fəqan Mustafayev
Baş məşqçi: Aqil Nəbiyev
Moldova: 1. Oktavian Giaur, 2. Qriqori Toriç, 3. Ektor Kreçesko, 4. Mixail Baqrin, 5. Nikolas Yeşanu, 6. Maksim Patron, 7. Darius Dodonu (16. Katalin Qaliçenko, 78), 8. Damian Xanqan (20. Kristian Jeçev, 87), 9. İon Kalmik (17. Boqdan Lupaşko, 64), 10. Mixai Puşkaşu (k) (18. Danielli Nikita, 78), 11. Aleksandru Bokança (19. Aleksandru Mardari, 87)
Ehtiyat oyunçular: 12. Vlad Dediu, 13. Nikita Sili, 14. Timur Qamurar, 15. David Ostafi
Baş məşqçi: Nikolae Bunea

Oxşar xəbərlər

Millimizin Moldova ilə qarşılaşacaq heyəti - SİYAHI
Millimiz 2 yoxlama oyunu keçirəcək
Millimiz Türkiyə ilə bərabərə qaldı
Millimiz UEFA İnkişaf Turnirində iştirak edəcək
Millinin seleksiya xarakterli toplanışı olacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər