reklam
“Şamaxı”nın məşqçisinin günahı yoxmuş -
Sportfm.az xəbər saytı

“Şamaxı”nın məşqçisinin günahı yoxmuş -Qərar


AFFA-nın Apellyasiya Arbitraj Tribunalı İntizam Komitəsinin “Şamaxı”nın U-15 komandasının məşqçisi Vüqar Süleymanovla bağlı çıxardığı qərarı əsassız və AFFA İntizam Məcəlləsinə zidd olduğuna görə ləğv edib.

Sportfm.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Belə ki, AFFA U-15 Liqasında, “Şamaxı” – “Metak” matçında meydan sahiblərinin adı protokolda qeyd edilməyən, lakin qeydiyyatda olan məşqçisi Vüqar Süleymanovun pozuntuya yol verməsinə görə ona AFFA İntizam Məcəlləsinin 1-ci maddəsinə əsasən müstəsna hal kimi 1 il müddətinə futbola aid hər hansı bir məşğuliyyəti qadağan etmə cəzasının təyin edilməsi barədə AFFA İntizam Komitəsinin qərarı əsassız və AFFA İntizam Məcəlləsinə zidd hesab edilib.

Bununla belə, Vüqar Süleymanov 6 oyun diskvalifikasiya edilib, “Şamaxı” 500 manat məbləğində cərimələnib. Apellyasiya şikayətinin qalan hissəsi təmin edilməyib.

Oxşar xəbərlər

“Zirə” ilə “Şamaxı” cərimə edildi
AFFA “Neftçi”nin şikayətini təmin etmədi - QƏRAR
AFFA İntizam Komitəsinin qərarı dəyişdirildi
İntizam Komitəsinin qərarı ləğv olundu - "Lion" şikayəti təmin olundu
İntizam Komitəsinin qərarı ləğv edildi - AFFA

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər