reklam
İntizam Komitəsinin qərarı ləğv olundu -
Sportfm.az xəbər saytı

İntizam Komitəsinin qərarı ləğv olundu -"Lion" şikayəti təmin olundu


Apellyasiya Arbitraj Tribunalı AFFA İntizam Komitəsinin U-15 Liqasında çıxış edən “Lion” komandası ilə bağlı qərarını ləğv edib.
Sportfm.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb. "Lion" klubunun apellyasiya şikayəti qismən təmin olunub.

“Səbail”lə keçirilən görüşdən sonra azarkeşləri tərəfindən hakimlərin təhqir edilməsi və onlara hədə-qorxu gəlinməsi səbəbindən “Lion”a verilən 3 ev oyununu azarkeşsiz keçirmə cəzası ləğv olunub. İş yenidən baxılması üçün AFFA İntizam Komitəsinə göndərilib.

Bildirilib ki, maraqlı tərəflərin bu qərardan İsveçrənin Lozanna şəhərindəki İdman üzrə Arbitraj Məhkəməsinə (CAS) şikayət etmək hüququ var.

Oxşar xəbərlər

AFFA İntizam Komitəsinin qərarı dəyişdirildi
Futbolçunun apellyasiya şikayəti təmin olunmadı
“Sabah”ın şikayəti qismən təmin edildi - Qərar
Mirbağır İsayevin cəzası azaldıldı - AFFA
İntizam Komitəsinin qərarı ləğv edildi - AFFA

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər