reklam
Bu gün 2 cüdoçumuz mübarizəyə qoşulacaq -
Sportfm.az xəbər saytı

Bu gün 2 cüdoçumuz mübarizəyə qoşulacaq -Dünya çempionatı


Bu gün Azərbaycanın daha iki cüdoçusu Macarıstanın paytaxtı Budapeştdə böyüklər arasında keçirilən dünya çempionatında mübarizəyə qoşulacaq.
Sportfm.az xəbər verir ki, ikinci yarış günündə Gültac Məmmədəliyeva (52 kq) və Ruslan Paşayev (66 kq) tatami üzərinə çıxacaqlar.

Paşayev 1/32 finalda Ronald Limanın (Braziliya) müqavimətini qırmağa çalışacaq. Məmmədəliyeva isə eyni raundda Sofiya Asvesta (Kipr) ilə üz-üzə gələcək.

Ötən gün mübarizəyə start verən təmsilçilərimizdən Əhməd Yusifov (60 kq), Leyla Əliyeva və Könül Əliyeva (hər ikisi 48 kq) yarışı mükafatsız başa vurublar.

Qeyd edək ki, mundialda Azərbaycanı 10 çəki dərəcəsində 13 cüdoçu (9 kişi, 4 qadın) fərdi yarışlarda təmsil edəcək. Yığmamız həmçinin qarışıq komanda yarışında mübarizə aparacaq.

Oxşar xəbərlər

3 cüdoçumuz mübarizəyə başlayır - Dünya çempionatı
Cüdoçularımızın rəqibləri bilindi - Dünya çempionatı
Beş cüdoçumuz mübarizəyə başlayır - Avropa çempionatı
Beş cüdoçumuz mübarizəyə başlayır - Avropa çempionatı
Cüdoçularımız Avropa çempionatında mübarizəyə başlayır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər