Azərbaycanda daha bir klub dağılır - ÖZƏL
Azərbaycanda futbol klublarının dağılması adət halını alıb. Artıq ölkə futbolsevərləri buna alışıb. Amma bəzən təkcə futbol yox, futzal klublarının da dağılmasına şahidlik edirik. Sportfm.az saytının əldə etdiyi məlumata görə, ötən mövsüm futzal üzrə Birinci Liqada iddialı klublardan olan və növbəti mövsümdən etibarən Yüksək Liqada çıxış edəcəyi deyilən "Hell Energy" klubu dağılmaq üzrədir. Güclü heyətə və maliyyə dayaqlarına malik komandanın dağılmasının səbəbləri məlum deyil. Ancaq əsas versiya kimi, ötən mövsümün son turlarında komandanın uğursuz çıxışını qeyd etmək olar. Qeyd edək ki, "Hell Energy" klubunun şərəfini çimərlik futbolu üzrə yığmanın üzvləri olan Renat Sultanov, Hikmət Bağırov kimi tanınmış idmançılar qoruyurdu.
№ | Komanda | o | x |
1 | Qarabağ | 34 | 87 |
2 | Sabah | 33 | 77 |
3 | Neftçi | 34 | 62 |
4 | Qəbələ | 34 | 48 |
5 | Zirə | 34 | 46 |
6 | Turan | 34 | 38 |
7 | Kəpəz | 34 | 30 |
8 | Sumqayıt | 33 | 28 |
9 | Səbail | 34 | 25 |
10 | Şamaxı | 34 | 24 |
№ | Komanda | o | x |
1 | Araz-Naxçıvan | 13 | 37 |
2 | EKOL | 13 | 30 |
3 | Neftçi İK | 13 | 25 |
4 | Baku Fire | 13 | 22 |
5 | Record club.az | 13 | 12 |
6 | Alyans | 13 | 12 |
7 | U-19 | 13 | 9 |
8 | Xilə | 13 | 6 |
№ | Komanda | o | x |
1 | Araz Naxçıvan | 5 | 15 |
2 | MOİK | 5 | 11 |
3 | Turan Tovuz-2 | 4 | 9 |
4 | Qəbələ-2 | 5 | 9 |
5 | Neftçi-2 | 4 | 9 |
6 | Qarabağ-2 | 5 | 7 |
7 | Zirə-2 | 4 | 7 |
8 | Şamaxı-2 | 5 | 7 |
9 | Qaradağ Lökbatan | 5 | 6 |
10 | Mingəçevir | 5 | 6 |
11 | Səbail-2 | 4 | 6 |
12 | Zaqatala | 5 | 6 |
13 | Sumqayıt-2 | 4 | 3 |