Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Bizi daha məsuliyyətli bir futbol ili gözləyir" -Elmar Baxşıyev
“Araz-Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyev yeni müqavilə imzalaması ilə bağlı fikirlərini bölüşüb.
Sportfm.az xəbər verir ki, mütəxəssis klubla danışıqların uğurlu alındığını deyib. O, təklif olunan şərtlərin qane etdiyi üçün, yeni müqaviləyə imza atdığını vurğulayıb:
“Rəhbərliklə görüşdük, həm başa çatan mövsümü müzakirə etdik, həm də yeni futbol ili ilə bağlı fikirlərimizi bölüşdük. Danışıqlar uğurlu alındı və “Araz-Naxçıvan” layihəsində işimi davam etdirmək qərarına gəldim. Daha yaxşı komanda qura, nəticələrimizi inkişaf etdirə bilərik. Komanda başa çatan mövsümdə həqiqətən böyük iş gördü. Çətinliklərə baxmayaraq, tarixində ilk dəfə medalçılar sırasına düşdü, avrokuboklarda oynamaq imkanı qazandı. Ortaq məxrəcə gəldik ki, bu uğurlu qrafiki birgə davam etdirək. Şərtlər qane etdiyinə görə, yeni müqavilə imzaladıq”.
Baxşıyev komandanın hazırlıq planına toxunub:
“Əlbəttə, bizi daha çətin və məsuliyyətli bir futbol ili gözləyir. Artıq planlar məlumdur. Komanda iki mərhələdən ibarət hazırlıq keçəcək. Əvvəlcə Bakıda toplaşacağıq. Həmin vaxta qədər komandanı komplektləşdirməyə çalışacağıq. Heyətimizdə dəyişikliklər olacaq. Ayrılanlarla bərabər, yenilər də gələcək. Bununla bağlı zamanla məlumat veriləcək. Axtarışlarımız başlayıb. Türkiyədə isə yoxlama oyunları keçirməklə çatışmazlıqları aradan qaldırmağa çalışacağıq. Sparrinq-rəqiblərimiz qarşıdakı günlərdə məlum olacaq”.
Naxçıvan təmsilçisi Azərbaycan Premyer Liqasında 2024/2025 mövsümünü üçüncü pillədə bitirərək UEFA Konfrans Liqasına vəsiqə qazanıb.

Oxşar xəbərlər
“Araz-Naxçıvan”ın yay hazırlıq planı açıqlandı
Naxçıvan klubunun baş məşqçisi: "Hər kəs anlayır ki..."
"Araz-Naxçıvan" 6 futbolçusu ilə yeni müqavilə imzaladı
“Qəbələ”nin oyunçusu “Araz-Naxçıvan”da - RƏSMİ
"Araz-Naxçıvan" Elmar Baxşıyevlə davam edəcək - RƏSMİ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu gün Budapeştdə final günü - Çempionlar Liqası
-
Azərbaycan millisi Fransaya qarşı - Avropa çempionatı
-
Azər Bağırov "Kəpəz"də qaldı, köməkçiləri dəyişir - ÖZƏL
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Tarixlərində ilk titulu qazana bilərlər - Çempionlar Liqası
-
Anlaşma baş tutmadı - Azər Bağırov getdi

Misli Premyer Liqası