"Qarabağ" paytaxt klubuna 5 qol vurdu -Premyer Liqa
Futbol üzrə Azərbaycan Premyer Liqasında XXI tura start verilib.
Sportfm.az xəbər verir ki, turun açılış matçında "Qarabağ" "Səbail"i qəbul edib. "Azersun Arena"da keçirilən görüş "köhlən atlar"ın 5:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Matçda hesab erkən qolla açılıb. 3-cü dəqiqədə fərqlənən Leandro Andrade Ağdam klubunda ilk qolunu vurub. Kabo-verdeli yarımmüdafiəçi 41-ci dəqiqədə dubl edib. 53-cü dəqiqədə Ramil Şeydayev qonaqların növbəti dəfə məyus edib. 3 dəqiqə sonra yenidən səhnəyə çıxan Azərbaycan millisinin hücumçusu özünün 2-ci, komandasının isə 4-cü qolunun müəllifi olub. 62-ci dəqiqədə "dənizçilər" hesab arasındakı fərqi azaldıblar. Nikolas Raysel penaltini dəqiq yerinə yetirib. Görüşdə son nöqtəni isə Elvin Cəfərquliyev qoyub. 86-cı dəqiqədə rəqib qapısına yol tapan müdafiəçi yekun hesabı müəyyənləşdirib.
Bu qələbədən sonra xallarını 49-a çatdıran "Qarabağ" liderliyini möhkəmləndirib. 11 xalı olan "Səbail" isə sonuncu - 8-ci pillədə qalıb.
Oxşar xəbərlər
Mançesterliləri biabır etdilər - Premyer Liqa
"Qəbələ" səfərdən 3 xalla dönür - Premyer Liqa
Mesut Özil debüt etdi - FOTO
"Sivasspor" növbəti məğlubiyyətlə üzləşdi - 2:1
"Neftçi" "Səbail"lə bərabərə qaldı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası