reklam
Region Liqasında qalib onlar oldu
Sportfm.az xəbər saytı

Region Liqasında qalib onlar oldu


AFFA Region Liqasının qalibi müəyyənləşib.
Sportfm.az xəbər verir ki, Qəbələ şəhər stadionunda baş tutan həlledici matçda “Şirvan” və “Xankəndi” komandaları üz-üzə gəliblər.

Qarşılaşma ikincilərin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. “Xankəndi”nin heyətində Bayram Əliyev (16), Hüseyn Axundov (63) və Elariz Xəlilli (79) dəqiq zərbə müəllifi olub.

Bu nəticənin ardından qalib komanda yeni mövsümdən etibarən Azərbaycan II Liqasında oynamaq hüququ əldə edib. Məğlub olan “Şirvan” futbolçuları isə II Liqanı 13-cü sırada tamamlayan “Lerik” ilə pley-off matçına çıxacaq.

Daha əvvəl baş tutan üçüncü yer uğrunda matçda “Ağstafa Gəncləri” “Göyəzən” kollektivini 5:2 hesabı ilə məğlub edib.

Oxşar xəbərlər

Final matçına təyinatlar açıqlandı - Region Liqası
Region Liqasında finalçıların adları məlum oldu - 22 may
Qazax təmsilçisi ilk oyunda qələbə qazandı - Region Liqası
1/8 finalın oyunları keçirildi - Region Liqası
“Marafon” Region Liqasında 1/8 finalda

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər