reklam
Sportfm.az xəbər saytı

"Qəbələ" və "Mingəçevir" qələbə qazandı -I Liqa


Bu gün Azərbaycan 1-ci liqasında mövsümün son turu - 27-ci tur start götürüb.
Sportfm.az xəbər verir ki, ilk günə 2 oyun nəzərdə tutulub.

Çempion "Qəbələ" "Qaradağ Lökbatan"ın qonağı olub. Görüş qonaqların 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Bununla da "Qaradağ Lökbatan" növbəti mövsüm 2-ci liqada mübarizə aparacağı dəqiqləşib.

3-cü pillədəki "Karvan" isə "Mingəçevir"in qonağı olub. Bu matç isə meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Beləliklə, artıq "İmişli"nin 2-ci pilləni tutacağı da dəqiqləşib. "

Qeyd edək ki, "Qəbələ", "Karvan" və "İmişli" növbəti mövsüm üçün Misli Premyer Liqasına vəsiqə qazanıblar.

22 may (cümə axşamı)

17:00. “Qaradağ Lökbatan” – “Qəbələ” - 0:3

Qollar: A.Şuaybu, 63; S.Ələsgərov, 84; D.Massumo, 88 - pen.

Hakimlər: Kamran Əliyev, Elman Kərimov, Vüqar Bayramov, Niyaz Əhmədov

Lökbatan OİK stadionu

17:00. “Mingəçevir” – “Karvan” - 2:1

Qollar: A.Usman, 15 - pen; N.Əliyev, 64 – P.Kings, 68

Qırmızı vərəqə: M.Teymurov, 19 ("Karvan")

Hakimlər: Şamil İmanzadə, Qəzənfər Məmmədov, Taleh Məmmədov, Nazim Abdullayev

Y.Məmmədzadə adına Mingəçevir şəhər stadionu (ehtiyat meydança)

23 may (cümə)

15:00. “Cəbrayıl” – “Zaqatala”

15:00. “Baku Sporting” – MOİK

15:00. “Difai” – “İmişli”

Oxşar xəbərlər

Mövsümün son turu başlayır - I Liqa
"İmişli" və "Karvan"dan bərabərlik, "Mingəçevir" qələbə qazandı - I Liqa
Sonuncu oyun gününə 3 matç keçiriləcək - I Liqa
"Qəbələ" "Karvan"a qarşı - I Liqa
1-ci Liqada yeni mövsümün təqvimi bilindi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər