Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Qran-pri üçün yeni tribunalar salınır -Formula 1
Formula 1 üzrə Azərbaycan qran-prisi üçün yeni tribunalar salınır.
Sportfm.az xəbər verir ki, bu barədə Bakı Şəhər Halqasının mətbuat xidməti məlumat yayıb.
Bu il Bakı Şəhər Halqası ətrafında iki əlavə tribunanın quraşdırılması nəzərdə tutulub. Artıq tribunaların quraşdırılmasına başlanılıb. Həm yerli, həm də xarici azarkeşlər tərəfindən Azərbaycan qran-prisinə artan marağı nəzərə alaraq, infrastrukturun genişlənməsi nəticəsində tribunaların tutumu daha 1500 yer artırılaraq 20 mini keçəcək.
Hazırlıq işləri ilə əlaqədar olaraq Dənizkənarı Bulvarın bəzi hissələrində müvəqqəti məhdudiyyətlərin tətbiq olunması nəzərdə tutulur. Paytaxt sakinlərindən və qonaqlardan bu müddət ərzində anlayış göstərmələri xahiş olunur.
2024-cü ildə keçirilən Formula 1 üzrə Azərbaycan qran-prisini dörd gün ərzində tribunalardan canlı olaraq 76 000-dən çox azarkeş izləyib.
Formula 1-in Bakı mərhələsi 19-21 sentyabrda keçiriləcək.

Oxşar xəbərlər
Formula 1-ə görə yollar bağlanacaq
Azərbaycan Qran-Prisi üçün marşalların təliminə başlandı - Formula 1
Azərbaycan Qran-prisi üçün tikinti-quraşdırma işləri başlandı - Formula 1
Azərbaycan Qran-Prisinə tamaşaçılar buraxılmayacaq - Formula 1
“Formula 1” üçün tribunaların quraşdırılmasına start verildi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“Neftçi” transfer qadağasının tezliklə ləğv olunacağına ümid edir
-
AMADA antidopinq yeniliklərini federasiyalara açıqladı
-
Bu gün finalçılar bəlli olacaq - Konfrans Liqası
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Qattuzo yenidən baş məşqçi olacaq
-
“Neftçi”nin sonuncu ev matçının biletləri satışda

Misli Premyer Liqası