reklam
Yığmamızın üzvü xüsusi mükafata layiq görüldü
Sportfm.az xəbər saytı

Yığmamızın üzvü xüsusi mükafata layiq görüldü


Azərbaycan taekvondoçusu, Paris-2024-ün gümüş mükafatçısı Qaşım Maqomedov idmanda nümunəvi davranışına və etik dəyərlərə sadiqliyinə görə Avropa Ədalətli Oyunlar Hərəkatının “Ədalətli oyun ruhu” mükafatına layiq görülüb.

Sportfm.az xəbər verir ki, mayın 18-də Yunanıstanın Olimpiya şəhərində Avropa Ədalətli Oyunlar Hərəkatının (AƏOH) mükafatlandırma mərasimi keçirilib.

Qala gecədə idmanda dürüstlük, hörmət və həmrəyliyi təcəssüm etdirən fərdlər, idmançılar və idman təşkilatları mükafatlandırılıblar.

Mərasimdə Azərbaycan Milli Olimpiya Komitəsi tərəfindən namizədliyi irəli sürülən Qaşım Maqomedovun Avropa təşkilatına ünvanladığı videoçarx da nümayiş etdirilib.

Oxşar xəbərlər

Olimpiadada 4-cü medalımızı qazandıq - Paris-2024
Şahmatçılarımız xüsusi mükafata layiq görüldü - Avropa çempionatı
Cüdoçumuz beynəlxalq mükafata layiq görüldü - FOTO
Xəzər İsayev AƏOH-un üzvü seçildi - Təyinat
MOK-un vitse-prezidenti Türkiyədə “Fair Play Dostluq Nişanı” ilə təltif edildi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər