Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Əliyar Ağayevin idarə etdiyi oyunda 4 qol vuruldu
Azərbaycanlı FİFA referisi Əliyar Ağayev Çempionlar Liqasında növbəti matçını idarə edib.
Sportfm.az xəbər verir ki, 29 yaşlı baş hakim III təsnifat mərhələsi çərçivəsində "Steaua" və "Victoria" arasında keçirilən görüşün baş hakimi olub. Gərgin və maraqlı oyun şəraitində keçən matç 2:2 hesablı heç-heçə ilə başa çatıb. Qonaq komanda hesabda iki dəfə irəli çıxsa da, meydan sahibləri bərabərlik qollarını vurmağı bacarıblar. Ə.Ağayev oyun ərzində 8 dəfə əlini cibinə salmalı olub. O, 3 dəfə rumıniyalıları, 5 dəfə isə çexiyalıları sarı vərəqə ilə cəzalandırıb.
Matçda Əliyar Ağayevə yan xətdə Zeynal Zeynalovla Rza Məmmədov kömək ediblər. Dördüncü hakim funksiyasını isə Orxan Məmmədov yerinə yetirib.
Oxşar xəbərlər
Əliyar Ağayev 6 sarı vərəqə göstərdi - Konfrans Liqası matçı
Əliyar Ağayevdən 5 “sarı” - Millətlər Liqası matçı
Azərbaycanlı hakim Kundeni meydandan qovdu
Əliyar Ağayevdən ÇL-də qırmızı vərəqə, penalti
Əliyar Ağayev gedəcək - UEFA istədi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası