Əliyar Ağayevdən ÇL-də qırmızı vərəqə, penalti
Azərbaycanlı FİFA referisi Əliyar Ağayev avrokuboklarda növbəti oyununu idarə edib.
Sportfm.az xəbər verir ki, 30 yaşlı referi Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunları çərçivəsində baş tutan "Zalsburq" - "Şkendiya" matçında ədalət təmsilçisi olub.
Avstriyada baş tutan görüş meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb. "Zalsburq" rəqibinin qapısından 3 cavabsız qol keçirib. Avstriya təmsilçisi qollardan birini penaltidən vurub.
Əliyar Ağayev bu matçda penalti verməklə yanaşı, əlini 3 dəfə cibinə salıb. O, "Zalsburq"un futbolçusu Zlatko Yunuzoviçi 19-cü dəqiqə və 83-cü dəqiqədə sarı vərəqə ilə cəzalandırıb və meydandan qovub. Ağayev "Şkendiya"nın futbolçusu Mevlan Muratini "sarı" ilə cəzalandırıb.
Qeyd edək ki, bu görüşdə Ağayevə Rza Məmmədov və Zeynal Zeynalov köməklik göstəriblər. 4-cü hakim funksiyasını isə Orxan Məmmədov yerinə yetirib.
Oxşar xəbərlər
Əliyar Ağayevdən 8 vərəqə
Əliyar Ağayevdən 5 “sarı” - Millətlər Liqası matçı
Azərbaycanlı hakim Kundeni meydandan qovdu
Avstriyalılar Əliyar Ağayev haqda:"Çox ləng idi"
Əliyar Ağayevin idarə etdiyi oyunda 4 qol vuruldu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası