reklam
Sportfm.az xəbər saytı

"İmişli" "Bakı Sportinq"lə, "Karvan" "Qaradağ Lökbatan"la qarşılaşacaq


Bu gün Azərbaycan 1-ci liqasında 26-cı tura yekun vurulacaq.

Sportfm.az xəbər verir ki, 2-ci oyun günündə 4 matç keçiriləcək.

2-ci yerdəki "İmişli" "Bakı Sportinq"lə, 3-cü pillədəki "Karvan" isə "Qaradağ Lökbatan"la qarşılaşacaq.

"İmişli" "Bakı Sportinq"lə oyunda qələbə qazanarsa, "Karvan" isə öz oyununda heç-heçə edərsə və ya uduzarsa, "İmişli" artıq 2-ciliyi təmin etmiş olacaq. Əks-haılda 2-ci və 3-cü pillələrin taleyi son - 27-ci turda həll olunacaq.

Bu gün həmçinin "Difai" "Cəbrayıl"la, MOİK "Mingəçevir"lə üz-üzə gələcək.

Qeyd edək ki, 1-ci liqada "Qəbələ" çempionluq qazanıb. Əyalət təmsilçisi ilə yanaşı, "İmişli" və "Karvan" növbəti mövsüm üçün Premyer Liqaya vəsiqəni təmin edib.

16 may (cümə)

17:00. “Difai” – “Cəbrayıl”

Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Teymur Teymurov, İslam Məmmədov

Şamaxı OİK stadionu

17:00. “İmişli” – “Baku Sporting”

Hakimlər: Rövşən Rəcəbov, Aydın Baxşıyev, Zakir Şükürzadə, Sənan Bayramzadə

Heydər Əliyev adına İmişli şəhər stadionu

17:00. MOİK – “Mingəçevir”

Hakimlər: Alik Yunusov, Vüqar Bayramov, Anar Bədəlov, Şamil İmanzadə

Binə qəsəbə stadionu

17:00. “Karvan” – “Qaradağ Lökbatan”

Hakimlər: Mahmud Bağırzadə, Nurlan Əhmədzadə, Rasim Axundov, Ruslan Quliyev

Yevlax şəhər stadionu

15 may

"Qəbələ" – "Zaqatala" - 4:0

Oxşar xəbərlər

Sonuncu oyun gününə 3 matç keçiriləcək - I Liqa
“Karvan” “İmişli”yə, “Qəbələ” “Difai”yə qarşı
Bu gün 4 oyun keçiriləcək - I Liqa
"Qəbələ" və "İmişli"dən qələbə, “Baku Sportinq” MOİK -lə bərabərə qaldı - I Liqa
1-ci Liqada yeni mövsümün təqvimi bilindi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər