reklam
Türkiyə prezidenti “Qalatasaray”ı təbrik etdi -
Sportfm.az xəbər saytı

Türkiyə prezidenti “Qalatasaray”ı təbrik etdi -FOTO


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Qalatasaray”ı Türkiyə Kubokunu qazanması münasibətilə təbrik edib.

Sportfm.az xəbər verir ki, Türkiyə lideri bununla bağlı “X” hesabında paylaşım edib.

“Qaziantepdə oynanılan final matçında qalib gələrək Türkiyə Kubokunun qalibi olan “Qalatasaray” futbol komandasını və bütün “Qalatasaray” tərəfdarlarını ürəkdən təbrik edirəm”, - Ərdoğan yazıb.

Qaziantep Böyükşəhər stadionunda keçirilən final oyununda "Trabzonspor"la qarşılaşan İstanbul təmsilçisi 3:0 hesablı qələbəyə sevinib.

"Sarı-qırmızılar"ın qollarını Barış Alper Yılmaz (5) və Viktor Osimhen (46, 63) vurublar.

"Qalatasaray" tarixi ərzində rekord sayda - 19-cu dəfə Türkiyə Kubokuna sahib çıxıb.

Oxşar xəbərlər

19-cu dəfə kuboku qazandılar - VİDEO
“Qalatasaray”ı durduran tapılmır - Super Liqa
Derbinin qalibi "Qalatasaray" oldu
Prezident "Qalatasaray"ı qəbul etdi - FOTO
Ölkə prezidenti oyunu stadiondan izlədi - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər