reklam
Almaniya klubu Mahirə təşəkkür etdi -
Sportfm.az xəbər saytı

Almaniya klubu Mahirə təşəkkür etdi -FOTO


Almaniyanın “Nürnberq” klubu futbolçusu Mahir Emreliyə təşəkkür edib.

Sportfm.az xəbər verir ki, 2-ci bundesliqanın 33-cü turunun bu gün “Köln”ə qarşı ev matçından əvvəl Emreliyə və mövsümün sonu komanda ilə yolları ayıracaq bir neçə digər futbolçuya xatirə hədiyyəsi təqdim olunub.

Hədiyyələrdə futbolçuların çərçivəyə salınmış rəsmi həkk olunub. “Nürnberq” bununla bağlı şəkli sosial media hesabında “Danke Mahir” (Təşəkkür, Mahir) sözləri ilə paylaşıb.

Qeyd edək ki, “Nürnberq” - “Köln” matçı 1:2 hesabı ilə başa çatıb. M.Emreli əsas heyətdə meydana çıxıb, 46-cı dəqiqədə isə Tina Kusanoviçlə əvəzlənib. O, bu görüşdə qol vura bilməyib.

Xatırladaq ki, M.Emrelinin müqaviləsi başa çatdıqdan sonra - bu mövsümün sonu “Nürnberq”dən ayrılacağını klub bu həftə rəsmən açıqlayıb.
Almaniya klubu Mahirə təşəkkür etdi -

Oxşar xəbərlər

Emreli əsas heyətdə meydana çıxdı, fərqləndi
Mahir Emreli "Nürnberq"də hamını keçdi
Emreli start heyətdə
Emreli oynadı, komandası heç-heçə etdi
Mahir Emreli oynadı, komandası uddu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər