Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Premyer Liqa klubu 2024-cü ili zərərlə başa vurdu
“Neftçi Futbol Klubu” MMC 2024-cü ili 120 min manat zərərlə başa vurub.
Sportfm.az “Report”a istinadən xəbər verir ki, klubun maliyyə hesabatında bildirilir ki, bu, 2023-cü illə müqayisədə 29,3 dəfə azdır.
Ötən il “Neftçi Futbol Klubu” əvvəlki illə müqayisədə 41 faiz çox - 28,25 milyon manat gəlir əldə edib. Bunun 3,385 milyon manatı sponsorlardan daxilolmalardan (5 dəfə az), 99 min manatı bilet satışından (24,4 faiZ az), 22,456 milyon manatı sair gəlirlərindən (43,1 dəfə çox), 2,31 milyon manatı Futbolun İnkişafı Fondundan daxilolmalardan (9,9 faiz az) əldə olunub.
Ötən il ərzində klubun xərcləri 19,9 faiz artaraq 28 milyon 195 min manat təşkil edib. Bunun 20 milyon 264 min manatı əməkhaqqı və mükafat xərclərinə (26,9 faiz çox).
Qeyd edək ki, “Neftçi” Azərbaycanın ən yüksək büdcəli (28 milyon mabatdan çox) klublarından olsa da, klubun nəticələri uğursuz olub. Komanda Azərbaycan kubokunun finalına çıxa bilməyib, Premyer Liqada isə hazırda 6-cı yerdə qərarlaşıb.
Paytaxt təmsilçisi ardıcıl 2-ci ildir Avropa kuboklarından kənarda qalıb.

Oxşar xəbərlər
UEFA-nın ötən il klublarımıza ödədiyi vəsaitin məbləği bilindi
AFFA 26 milyon manat xərcləyib - Nəyə?
"Qarabağ" hesabat verdi - 3 milyondan çox zərər
AFFA-nın gəlirləri açıqlandı - 5 milyon
AFFA 2017-ci il üzrə gəlir və xərclərini açıqladı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası