Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Çempionlar Liqası: "Qarabağ" "Şerif"ə qarşı
Bu gün "Qarabağ" komandası futbol üzrə Çempionlar Liqasında növbəti matçını keçirəcək.
Sportfm xəbər verir ki, Ağdam klubu III təsnifat mərhələsinin ilk oyunu çərçivəsində Moldova təmsilçisi "Şerif"i qəbul edəcək.
Ardıcıl dördüncü mövsüm qitənin ən nüfuzlu klub turnirində çıxış edən Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv əvvəlki illərdə məhz bu raundda mübarizəni dayandırıb və yoluna Avropa Liqasında davam edib. Bu baxımdan "Qarabağ"ın "Şerif"lə dueldə tilsimi qırmaq üçün Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq görüşdə müsbət nəticə əldə etməsi vacibdir.
Qeyd edək ki, Ağdam təmsilçisi II təsnifat mərhələsində Gürcüstan çempionu "Samtredia"nı mübarizədən kənarlaşdırıb (5:0, 1:0). Tiraspol klubu isə Albaniyanın "Kukes"i komandasından güclü olub (1:0, 1:2).
Çempionlar Liqası
III təsnifat mərhələsi, ilk oyun
25 iyul
21:00. "Qarabağ" (Azərbaycan) - "Şerif" (Moldova)
Baş hakim: Sergey Tsınkeviç
Yan xətt hakimləri: Yevgeni Romanov, Vitali Malyutsin
Dördüncü hakim: Viktor Şimusik (hakimlər briqadası Belarusdandır)
Hakim-inspektor: İçko Lozev (Bolqarıstan)
UEFA nümayəndəsi: Kuanış Kanapyanov (Qazaxıstan)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
Oxşar xəbərlər
"Qarabağ" Çempionlar Liqasının pley-off mərhələsində
Azərbaycan klubunun oyununda israilli hakimlər
"Qarabağ" - "Şerif" oyununa hakim təyinatları açıqlandı
"Qarabağ" gürcüləri meydana çıxmağa peşman etdi
"Qarabağ" meydana çıxır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
PFL hakim təyinatlarını açıqladı - İkinci Liqa
-
Cəfərquliyev əvəzedici heyətdə qol vurdu
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Kapitan futboldan uzaqlaşdırıldı - 1 illik
-
Azərbaycanda bu idman növü məhv olmaq üzrədir - BÖYÜK PROBLEM
-
"Qarabağ" - "Turan Tovuz" matçının hakimləri açıqlandı - Premyer Liqa















Misli Premyer Liqası