reklam
Millimizin hücumçusunun transfer qiyməti açıqlandı
Sportfm.az xəbər saytı

Millimizin hücumçusunun transfer qiyməti açıqlandı


Azərbaycan millisinin hücumçusu Dəniz Yılmaz klubu "Bursaspor"dan ayrıla bilər.

Sportfm.az saytı apasport.az-a istinadən xəbər verir ki, Superliqanın debütantı "Malatyaspor" 29 yaşlı forvardın xidmətində maraqlıdır.

Belə ki, hücumçu axtarışına çıxan Malatya təmsilçisi "Bursaspor"un iki ön xətt oyunçusu Dəniz Yılmaz və Tomaş Netsidə "elçi düşüb". Baş məşqçi Ərtuğrul Sağlam rəhbərliklə görüşdə bu iki oyunçunun alınmasını tələb edib. Dərhal hərəkətə gələn "Malatyaspor" qarşı tərəflə danışıqlara başlayıb.

"Bursaspor" yığmamızın hücumçusunu əfv etməsinə baxmayaraq, onun satılmasının əleyhinə deyil. Belə ki, "ağ-yaşıllar" həm Yılmaz, həm də Netsidin transfer qiymətinin 500 min avro olduğunu açıqlayıb. Lakin "Malatyaspor" tərəfi məbləğdə endirim edilməsinə çalışır.

Qeyd edək ki, "Malatyaspor" bu yay İssiar Dia, Fabyen Farnolle, Ali Dərə, Xalid Butaib, İssam Çebake, Naser Barazite, Yalçın Ayhan və Emmanuel Deninqi heyətinə cəlb edib.

Oxşar xəbərlər

Dəniz Yılmazın taleyinə aydınlıq gəldi
Fransız baş məşqçi yığmamızın hücumçusu ilə bağlı qərarını verdi
Dəniz Yılmaz “Bursaspor”dan qovuldu!
Dəniz Yılmaz start heyətdə
"Bursaspor"un futbolçusuna AFFA-dan təklif

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər