reklam
Xəbərimiz təsdiqləndi, Rednik
Sportfm.az xəbər saytı

Xəbərimiz təsdiqləndi, Rednik "Kəpəz"ə gəlir -Təyinat


Rumıniyanın “UTA Arad” klubunun baş məşqçisi Mirça Rednik “Kəpəz”lə danışıqlar apardığını etiraf edib.

Sportfm.az xəbər verir ki, rumıniyalı mütəxəssis yenidən Azərbaycanda işləyə biləcəyini deyib:

“Maliyyə baxımından azərbaycanlılar məni razı saldılar. Amma biz hələ mövsümün sonunu gözləyirik. Mən UTA-da sanki könüllü işləyirəm”.

Rumıniya klubunda maliyyə problemi olduğu üçün uzun müddətdir ki, maaşlar verilmir.

Daha əvvəl “Kəpəz”in rumıniyalı mütəxəssislə ilkin razılığa gəldiyi və tərəflərin üç illik müqavilə imzalaya biləcəyi barədə xəbərlər yayılmışdı.

63 yaşlı mütəxəssis əvvəllər “Xəzər-Lənkəran”da çalışıb.

Qeyd edək ki, ilk dəfə bu haqda məlumatı Sportfm.az saytı verib

https://sportfm.az/71360-azer-bagirov-gedir-mircha-rednik-gelir-ekskluzv.html

Oxşar xəbərlər

Azər Bağırov gedir, Mirça Rednik gəlir - EKSKLÜZİV
"Kəpəz"in çiçəyi burnunda baş məşqçisi: Bizi ağır iş gözləyir
"Azarkeşlər ancaq "Kəpəz"i fikirləşsinlər" - "Kəpəz"in yeni baş məşqçisi
“Kəpəz”də ayrılıq - Rəsmən açıqlandı
“İnter”in yeni baş məşqçisi bəlli oldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər