reklam
“Qarabağ” “Barselona” və “Liverpul”u nə birləşdirir?
Sportfm.az xəbər saytı

“Qarabağ” “Barselona” və “Liverpul”u nə birləşdirir?


Misli Premyer Liqasının 33-cü turunda “Sumqayıt”ı 2 cavabsız qolla məğlub edən “Qarabağ” cari mövsüm çempionatdakı qələbə sayını 25 oyuna yüksəldib.

Sportfm.az xəbər verir ki, Ağdam təmsilçisi bununla Avropada daxili birincilikdə ən çox qalibiyyət əldə edən klubların sıralamasında ilk “10-luğ”a daxil olub.

Qurban Qurbanovun yetirmələri eyni sayda qələbəsi olan “Benfika” (Portuqaliya), “Lüdoqorets” (Bolqarıstan), “Barselona” (İspaniya), “Pafos” (Kipr) və “Liverpul”la birlikdə 7-ci yeri bölüşdürür.

Reytinqə “Srvena Zvezda” başçılıq edir. Belqrad təmsilçisi Serbiya Superliqasında keçirdiyi 34 oyunun 31-də qələbə qazanıb. “Slaviya” (Çexiya), “Seltik” (Şotlandiya) və “Linfild” (Şimali İrlandiya) aktivinə 27 qalibiyyət yazdırıb. “Qalatasaray”la (Türkiyə) TNS (Uels) “Qarabağ”ı cəmi 1 qələbə üstələyir(futbolinfo.az)

Oxşar xəbərlər

Avropada ən çox qol vuranlar - bizlərdə siyahıda varıq
“Qarabağ” UEFA-nın TOP-5-liyində
PSJ Azərbaycan klubu olan siyahını tərk etdi
“Qarabağ” Avropanın ilk “10-luğ”unda
“Qarabağ” Avropada ən çox qələbə qazananlar arasında - SİYAHI

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər