reklam
“Qarabağ” Avropada ən çox qələbə qazananlar arasında -
Sportfm.az xəbər saytı

“Qarabağ” Avropada ən çox qələbə qazananlar arasında -SİYAHI


“Qarabağ” 2022-2023 mövsümündə davam edən ölkə çempionatlarında ən çox qələbə qazanan komandaların siyahısında 2-ci pilləyə yüksəlib.

Sportfm.az xəbər verir ki, Azərbaycan çempionu Premyer Liqanın XVII turunda “Qəbələ”ni 1:0 hesabı ilə məğlub edərək, Avropanın ən yaxşı göstəricisinə malik ikinci komandasına çevrilib.

Siyahıya Serbiya klubu “Srvena Zvezda” başçılıq edir. 

“Böyük beşlik” ölkələrinin komandaları arasında daxili birincilikdə ən yaxşı göstərici PSJ (Fransa) və “Napoli”dədir (İtaliya). Parislilər Liqa1-də, neapollular isə A seriyasında keçirdikləri 15 görüşün 13-də qalibiyyətə seviniblər.

1. “Srvena Zvezda” (Serbiya) – 19 oyun / 17 qələbə

2-3. “Qarabağ” (Azərbaycan) – 17 / 15

“Genk” (Belçika) – 17 / 15

4-5. “Olimpiya” (Sloveniya) – 20 / 15

“Urartu” (Ermənistan) – 20 / 15

6-7. “Seltik” (Şotlandiya) – 15 / 14

“Düdelanj” (Lüksemburq) – 15 / 14

8. MOİK (Sofiya, Bolqarıstan) – 18 / 14

9. “Larne” (Şimali İrlandiya) – 19 / 14

Oxşar xəbərlər

PSJ Azərbaycan klubu olan siyahını tərk etdi
“Qarabağ” Avropanın ilk “10-luğ”unda
“Qarabağ”ın rəqibi məlum oldu - Çempionlar Liqası
Ən çılğın azarkeşlərə sahib olan stadionlar - SİYAHI
"Saburtalo" "Şerif"i darmadağın etdi - Çempionlar Liqası I təsnifat mərhələsi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər