reklam
Bu gün iki cüdoçumuz mübarizəyə başlayır
Sportfm.az xəbər saytı

Bu gün iki cüdoçumuz mübarizəyə başlayır


Bu gün Tacikistanın paytaxtı Düşənbədə cüdo üzrə "Böyük Dəbilqə" turniri start götürəcək.

Sportfm.az xəbər verir ki, yarışın ilk günündə Azərbaycan millisinin iki üzvü tatamiyə çıxacaq.

Balabəy Ağayev (60 kiloqram) Fathur Rohman (İndoneziya) / Acıtı Dombuu (IJF) cütünün qalibi ilə, Yaşar Nəcəfov (66 kiloqram) isə tacikistanlı Exson Safarzoda ilə üz-üzə gələcək. Hər iki cüdoçu mübarizəyə 1/8 finaldan başlayacaq.

Qeyd edək ki, Azərbaycan "Böyük Dəbilqə" turnirində 6 çəki dərəcəsində 8 cüdoçu ilə təmsil olunur. Yarışa mayın 4-də yekun vurulacaq.

Oxşar xəbərlər

Cüdoçularımız "Böyük Dəbilqə"də mübarizəyə başlayır
İlk gündə 16 cüdoçumuz mübarizə edəcək - Böyük Dəbilqə
Azərbaycanın iki cüdoçusu mübarizəyə başlayır - Böyük Dəbilqə
Dörd cüdoçumuz mübarizəyə başlayır - Böyük Dəbilqə
Daha 4 cüdoçumuz mübarizəyə başlayır - Böyük Dəbilqə

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər