reklam
Sportfm.az xəbər saytı

"Qarabağ" 12-ci dəfə ölkə çempionu oldu -Misli Premyer Liqası


Misli Premyer Liqasında 32-ci turun oyunları davam edir.
Sportfm.az xəbər verir ki, bu gün daha iki matç keçirilib.

Əvvəlcə Premyer Liqada qalmaq uğrunda mübarizə aparan “Səbail” “Araz-Naxçıvan”ı qəbul edib. Görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb.

Beləliklə, "Səbail" turnir cədvəlində 21 xalla sonuncu – 10-cu yerdə, "Araz-Naxçıvan" isə 54 xalla 3-cü yerdə qərarlaşıb.

Turun mərkəzi görüşü isə Masazırda olub. Burada “Qarabağ” səfərdə “Sabah”ın qonağı olub. Görüş 1:1 hesablı heç-heçə ilə bitib.

Bununla da Ağdam klubu sona 4 tur qalmış 12-ci çempionluğunu rəsmiləşdirib. Çünki hazırda "Qarabağ"ın 77, ən yaxın izləyicisi "Zirə"nin isə 64 xalı var.

"Sabah" isə turnir cədvəlində 40 xalla 5-ci yerdədir.

27 aprel

20:00. “Sabah” – “Qarabağ” - 1:1

Qollar: Redon Cica, 42 - pen. (0:1), Boyan Letiç, 73 (1:1)

Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Rəhman İmami, Əli Əliyev

VAR: Elçin Məsiyev

AVAR: Pərvin Talıbov

Bank Respublika Arena.

Oxşar xəbərlər

“Səbail” - “Araz-Naxçıvan” matçında bərabərlik
"Səbail" "Araz-Naxçıvan"a, "Qarabağ" "Sabah"a qarşı - Misli Premyer Liqası
“Qarabağ” “Sabah”la heç-heçə etdi - Misli Premyer Liqası
“Araz-Naxçıvan” “Səbail"lə bərabərə qaldı - Misli Premyer Liqası
“Sabah" “Araz-Naxçıvan”ı məğlub etdi - Misli Premyer Liqası

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər