Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Avropa Çempionatında gümüş medal -FOTO
Monteneqronun paytaxtı Podqoritsada cüdo üzrə Avropa çempionatı davam edir.
Sportfm.az xəbər verir ki, bu gün Azərbaycanın daha üç cüdoçusu mübarizəyə qoşulub.
Kişilərdən Olimpiya çempionu Zelim Kotsoyev (100 kq) və Uşanqi Kokauri (+100 kq) tatamiyə çıxıb.
Kotsoyev həlledici görüşdə gürcüstanlı İlia Sulamanidzeyə məğlub olub. Bununla da o, turnirə gümüş medalla başa vurub.
Digər cüdoçumuz Kokauri isə bürünc medal uğrunda döyüşdə Almaniya təmsilçisi Erik Abramova uduzub.
Qadınların yarışında isə Nigar Süleymanova (+78 kq) qüvvəsini sınayacaq.
Qeyd edək ki, daha əvvəl Əhməd Yusifov (60 kq), Rəşid Məmmədəliyev (73 kq), Zelim Tçkayev (81 kq) və Murad Fətiyev (90 kq) bürünc medal qazanıblar.
Əlavə edək ki, Azərbaycan yığması Avropa çempionatında həm fərdi idmançılarla, həm də komandalar üzrə mübarizə aparır. Ölkəmizi 12 çəki dərəcəsində ümumilikdə 9-u kişi, 6-sı qadın olmaqla 15 cüdoçu təmsil edir. Yığma həmçinin qarışıq komanda yarışında çıxış edəcək.

Oxşar xəbərlər
Üç cüdoçumuz mübarizəyə başlayır - Avropa çempionatı
Daha iki cüdoçumuzdan bürünc medal - Avropa çempionatı
İki cüdoçumuz üçün bürünc medal şansı - Avropa çempionatı
Beş cüdoçumuz mübarizəyə başlayır - Avropa çempionatı
Cüdoçumuz bürünc medal qazandı - Avropa çempionatı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Yenə futbol yığmamız, yenə böyük hesablı məğlubiyyət - bu dəfə 0:9
-
Avtobusda yaşayan "klub" - GÜNAH KİMDƏ OLACAQ?
-
Sevinc Cəfərzadənin durumuna aydınlıq gəldi
-
Bölgə-bölgə gəzən Premyer Liqa klubu bu dəfə Ağsuya köçür - ÖZƏL
-
ÇL-də son yarımfinalçılar məlum olur
-
Əvəzedicilər Liqası - AFFA-nın "boğazında qalan tikə"

Misli Premyer Liqası