Sportfm.az xəbər saytı

Sportfm.az xəbər saytı
"Lids" və "Börnli" Premyer Liqaya qayıtdılar
"Lids" və "Börnli" İngiltərə Premyer Liqasına yüksəlib.
Sportfm.az xəbər verir ki, Çempionşipin 44-cü turunda bu gün "Lids" "Stok Siti"ni 6:0 hesabı ilə darmadağın edib. "Börnli" isə "Şeffild Yunayted" üzərində 2:1 hesablı qələbə qazanıb.
Hər iki komanda 94 xal toplayıb və turnir cədvəlində üçüncü pillədə olan "Şeffild Yunayted"i 8 xal qabaqlayır. Mövsümün sonuna iki tur qaldığından, bu nəticələr "Lids" və "Börnli"nin birbaşa İngiltərə Premyer Liqasına vəsiqə qazandığını təsdiqləyir. Yüksək Liqaya yüksələn 3-cü komandanın adına isə pley-off oyunlarından sonra aydınlıq gələcək.
Qeyd edək ki, "Lids" 2023-cü ildə, "Börnli" isə 2024-cü ildə Premyer Liqanı tərk etmişdi.

Oxşar xəbərlər
“Arsenal”dan səfərdə qələbə - Premyer Liqa
"Mançester Yunayted" - "Lids Yunayted" 2:2 - VİDEO
"Liverpul" - "Lids Yunayted" 1:2 - VİDEO
"Şeffild Yunayted" - "Lids" 0:1 - VİDEO
"Lids Yunayted" qayıtdı - 16 il sonra
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin