Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Premyer Liqada 350-ci qollarını vurdular -UĞUR
“Zirə” Azərbaycan çempionatlarında 350-ci qolu vurub.
Sportfm.az saytı Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, bu yubiley Azərbaycan Premyer Liqasının XXXI turuna təsadüf edib.
Öz meydanında “Sumqayıt”a 3:1 hesabı ilə qalib gələn Bakı klubunun ilk qolu Premyer Liqada 350-ci olub. Bu topu Georgi Papunaşvili rəqib qapısından keçirib.
Ümumilikdə 352 qola sevinən “Zirə” evdə 193, səfərdə 159 dəfə fərqlənib. “Qartallar” ölkə çempionatları tarixində 350 və daha çox qol vuran 12-ci komandadır.
Qeyd edək ki, “Zirə”nin Premyer Liqada ilk qolunu 2015-ci il avqustun 9-da AZAL-la ev oyununda (1:0) Viktor İqbekoyi vurub.

Oxşar xəbərlər
"Kəpəz"dən 1000-ci qol - Azərbaycan çempionatları
Bombardirdən yubiley qolu
“Sumqayıt”da 350-ci qol - Azərbaycan çempionatları
"Zirə"dən tarixi qol - 200
"Zirə"nin Premyer Liqada 150-ci qolu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası