reklam
Azərbaycan cüdoçusu ermənini diz çökdürdü
Sportfm.az xəbər saytı

Azərbaycan cüdoçusu ermənini diz çökdürdü


Belarusun paytaxtı Minskdə cüdo üzrə Avropa açıq çempionatına start verilib.

Sportfm.az xəbər verir ki, yarışın ilk günündə millimizin çıxışı uğurlu alınıb. Belə ki, cüdoçularımız 2 qızıl medal qazanıblar.

66 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Nicat Şıxəlizadə və 73 kq çəki dərəcəsində mübarizə aparan Hidayət Heydərov bütün rəqiblərinə qalib gələrək Belarusda Azərbaycan bayrağını dalğalandırıblar.

Hidayət Heydərov yarımfinalda Ermənistan cüdoçusu Arsen Qazaryanı məğlub edib.

Xatırladaq ki, 46 ölkədən 411 (285 kişi, 126 qadn) idmançının qatıldığı mötəbər yarışda Azərbaycan millisi 15 cüdoçu (10 kişi, 5 qadın) ilə təmsil olunur.

Oxşar xəbərlər

Minsk cüdoçularımız düşərli oldu
Azərbaycan cüdoçusu Avropa çempionu oldu
Cüdoçularımız Avropada 1-ci olublar
Azərbaycan cüdoçularından Avropa kubokunda 7 medal
İki cüdoçumuz Avropa çempionu oldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər