reklam
Sportfm.az xəbər saytı

"Real Madrid" "Arsenal"a, "İnter" "Bavariya"ya qarşı -Çempionlar Liqası


UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin təkrar oyunlarına bu gün yekun vurulacaq.

Sportfm.az xəbər verir ki, son oyun günündə 2 qarşılaşma baş tutacaq.

Gecənin maraqla gözlənən oyunlarından birində İspaniyada “Real Madrid” İngiltərə “Arsenal”ını qəbul edəcək. Londonda böyük hesabla uduzmuş “kral klubu” işini xeyli çətinə salıb. “Arsenal” böyük üstünlük qazansa da, turnirin ən titullu klubunu mübarizədən kənarlaşdırmaq asan olmayacaq.

Digər matçda “İnter” İtaliyada Almaniya “Bavariya”sı ilə qarşılaşacaq. Milanlılar ilk matçda səfərdə qələbə qazanaraq, yarımfinala bir addım yaxınlaşıblar. “Bavariya”nın da mərhələni adlamaq şansları az deyil.

Qeyd edək ki, "Real Madrid" - "Arsenal" cütünün qalibi yarımfinalda Fransa PSJ-si ilə, "İnter" - "Bavariya" cütünün ən güclüsü İspaniya “Barselona”sı ilə üz-üzə gələcək.

Çempionlar Liqası

1/4 final, cavab görüşləri

16 aprel

23:00 “İnter” (İtaliya) – “Bavariya” (Almaniya)

İlk oyun: 2:1

23:00 “Real Madrid” (İspaniya) - “Arsenal” (İngiltərə)

İlk oyun: 0:3.

Oxşar xəbərlər

Çempionlar Liqasının püşkü atıldı
"Bavariya" və "Real" yarımfinalda - Çempionlar Liqası
1/4 final cütlükləri müəyyənləşdi - Çempionlar Liqası
1/8 finala yekun vurulur - Çempionlar Liqası
"Barselona" və "Yuventus" yenidən üz-üzə!

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər