reklam
Bu komandalar 1-ci liqada oynayacaq
Sportfm.az xəbər saytı

Bu komandalar 1-ci liqada oynayacaq


Azərbaycan 2-ci liqasında yarışan iki komanda 2025/26 mövsümündə 1-ci liqada oynamaq hüququ qazanıb.
Sportfm.az xəbər verir ki, bunlar “Şahdağ Qusar” və “Şəfa”dır. Hər iki komandanın 20-ci turun matçlarından sonra yarışı ilk üçlükdə başa vuracağı qətiləşib.

Sona 6 tur qalmış “Şahdağ Qusar” 58 xalla 1-ci, “Şəfa” 55 xalla 2-ci yeri tutur. Hazırda 4-cü pillədə qərarlaşan “Haypers Quba” “Şahdağ Qusar”dan 22, “Şəfa”dan 19 xal geri qalır. Bu o deməkdir ki, sonuncu iki komanda qarşıdakı 6 turun nəticəsindən asılı olmayaraq ilk üçlüyü tərk etməyəcək.

AFFA İcraiyyə Komitəsinin 19 fevral 2025-ci il tarixli qərarına əsasən, 2024/2025-ci illər mövsümündə I Liqada sonuncu yeri tutmuş klub II Liqaya düşəcək, II Liqadan isə ilk 3 yeri tutmuş komanda birbaşa I Liqaya yüksələcək.

I Liqada 9-cu yeri və II Liqada 4-cü yeri tutan komandalar arasında neytral meydanda bir oyundan ibarət pley-off matçı keçiriləcək. Qalib komanda I Liqada mübarizə aparmaq hüququ qazanacaq.

Qeyd edək ki, hazırda 2-ci liqada 3-cü yeri 20 oyundan 43 xalla “Şimal”, 4-cü yeri 36 xalla “Haypers Quba” tutur.

Oxşar xəbərlər

2 komanda Birinci Liqaya yüksəldi - UĞUR
I Liqada komanda sayı artırılacaq
2-ci liqada 3 oyun keçiriləcək
"Ağdaş" "Saatlı-Araz"ı, "Şahdağ Qusar" "Şimal"ı, "Haypers Quba" "Lerik"i qəbul edəcək
2-ci liqaya vəsiqə qazanacaq komanda bilinəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər