reklam
4 medal şansımız qalır -
Sportfm.az xəbər saytı

4 medal şansımız qalır -Avropa çempionatı


Slovakiyanın paytaxtı Bratislavada güləş üzrə Avropa çempionatına start verilib.

Sportfm.az xəbər verir ki, ilk yarış günündə sərbəst güləş üzrə 57, 65, 70, 79 və 97 kq-da finalçılar müəyyənləşib.

Mübarizəyə 1/4 finaldan qoşulan İslam Bazarqanov (57 kq) ötən il Avropa ikincisi olmuş türkiyəli Muhammet Karavuş üzərində inamlı qələbə qazanıb – 8:1. Bazarqanov yarımfinalda rusiyalı Avropa ikincisi Naçın Monquşa 0:5 hesabıyla məğlub olub və sabah bürünc medal uğrunda güləşəcək. Rəqib İvaylo Tisov (Bolqarıstan) – Manvel Xndzrtsyan (Ermənistan) görüşünün qalibi olacaq.

Əli Rəhimzadə (65 kq) əvvəlcə Dağıstan əsilli belçikalı Ayub Musayevə şans tanımayıb – 7:2. Həmyerlimiz 1/4 finalda isə almaniyalı Niko Meqerleyə tam üstünlüklə (10:0) qalib gəlib. Rəhimzadə yarımfinalda çeçen əsilli Fransa güləşçisi Xamzat Arsamerzoyevə minimal fərqlə (3:4) uduzub. Əli bürünc medal uğrunda Stefan Koman (Rumıniya) – Andrey Svirid (Ukrayna) görüşünün qalibiylə güləşəcək.

Kənan Heybətov (70 kq) ilk mərhələdə avstriyalı Benedikt Huberi vaxtından əvvəl məğlub edib – 10:0. Güləşçimiz 1/4 finalda bolqarıstanlı Mihail Georgiyevdən güclü olub – 4:1. Heybətov yarımfinalda rusiyalı dünya çempionu David Bayevə 0:3 hesabıyla məğlub olub. Kənan üçüncü yer uğrunda ya İsmayıl Musukayev (Macarıstan), ya da Viktor Voynoviç (Serbiya) ilə mübarizə aparacaq.

Orxan Abasov (79 kq) təsnifat mərhələsində Dağıstan əsilli fransalı Zəlimxan Xadjiyevə 5:9 hesabıyla uduzub. Rəqib finala yüksəldiyi üçün Orxan sabah təsəlliverici görüşdə slovakiyalı Axsarbek Qulayevlə qarşılaşacaq.

Abubakr Abakarov (97 kq) ukraynalı Vasil Sovaya “tuş”la (9:5) qalib gəlsə də, 1/4 finalda macarıstanlı Riçard Veqə 2:5 hesabıyla məğlub olub.

Oxşar xəbərlər

Nurullayev Avropa çempionatının finalında
İki güləşçimiz birdən finalda - Avropa çempionatı
Güləşçilərimizdən daha 3 medal - Dünya çempionatı
İki güləşçimiz finalda, ikisi bürünc qazandı - Dünya çempionatı
Sərbəst güləşçilərimiz bürünc medal şansı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər