Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
“Qarabağ” rəsmisi Avropa Klublar Birliyinin işçi qrupuna üzv seçildi
“Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Anar Hacıyev Avropa Klublar Birliyinin (ECA) Azarkeşlərlə İş üzrə işçi qrupuna (Fans Working Group) üzv seçilib.
Sportfm.az xəbər verir ki, o, 2023–2027-ci illəri əhatə edən dövrdə sözügedən qurumda fəaliyyət göstərəcək.
Hacıyev 25 ölkədən irəli sürülən çoxsaylı namizədlər arasından qrupa üzv olmaq hüququ qazanıb. O, qrupun tərkibində “Yuventus”, “Tottenhem”, “Çelsi”, “Betis”, PSV, “Leyptsiq” kimi klublardan olan mütəxəssislərlə birlikdə yer alacaq.
İşçi qrupa Madrid “Atletiko”sunu təmsil edən Migel Anxel Xil Marin sədrlik edir. Qrupun əsas məqsədi azarkeşlərlə bağlı strategiyaların, təşəbbüslərin və texniki tövsiyələrin hazırlanmasıdır.
İşçi qrupun əsas missiyası Avropa futbolunda azarkeşlərin təcrübəsini yaxşılaşdırmaq, onların klublarla münasibətlərini gücləndirmək və yeni fan-loyallıq modelləri üzərində işləməkdir. İşçi qrup azarkeş mədəniyyətinin inkişafı, bilet və stadion təcrübəsi, rəqəmsal kommunikasiya və sosial media strategiyaları, gənc nəslin klublarla daha sıx əlaqəsinin qurulması kimi sahələrdə fəaliyyət göstərəcək.
“Qarabağ”ın İdarə Heyətinin üzvü Asif Əsgərov 2023-cü ildə keçirilmiş seçkilərdə Avropa Klublar Birliyinin İdarə Heyətinin, “Qarabağ” Futbol Akademiyasının meneceri Nail Kərimov isə adıçəkilən qurumun Uşaq Futbolu üzrə işçi qrupunun (2023–2027) üzvü seçilib.

Oxşar xəbərlər
AMADA UKAD-ın rəhbərlik etdiyi beynəlxalq işçi qrupuna dəvət aldı
AFFA-da işçi qrupunun tərkibi bilindi - adlar qorxuya saldı
"Qəbələ" rəsmisi beynəlxalq qurumda təyinat aldı
“Qarabağ” rəsmisi Avropa Klublar Birliyinin İcraiyyə Şurasına üzv seçildi
“Qarabağ” rəsmisi Avropa Klublar Birliyinə üzv seçildi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası