Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Millimiz hazırda kollektiv şəkildə çox zəifdir” -Santuş
Azərbaycan millisi sabah yoldaşlıq oyunu çərçivəsində Belarus yığmasını qəbul edəcək.
Sportfm.az xəbər verir ki, Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuşun oyundan bir gün əvvəl mətbuat konfransı keçirilib. Portuqaliyalı çalışdırıcı müdafiədə daha etibarlı oynamalı olduqlarını bildirib:
“Elvin Cəfərquliyevdən başqa, bütün oyunçular şans qazanacaq. Səbuhi Abdullazadə də onlardan biridir və oynamaq ehtimalı var. Əlbəttə, dəyişikliklər olacaq. Bəzi oyunçular dincələk, bəziləri oynayacaq. Ardıcıl iki oyun keçirmək çətindir. Ramazan ayı olduğuna görə, bəzi oyunçular oruc tuturlar və biz də onlara hörmətlə yanaşırıq. Bütün bunları nəzərə alaraq dəyişikliklər edəcəyik. Müdafiədə daha inamlı çıxış etməliyik. Çünkü çox sadə qollar buraxırıq. Çox vacibdir ki, sabahkı oyunda qol da vuraq. Çalışacağıq ki, topa nəzarət edən tərəf biz olaq. Nəzər yetirsək, hər oyunda şanslarımız olur, yararlana, sonlandıra bilmirik. Futbolda belə hallar olur, nə qədər epizodlar yaratsan da yararlana bilmirsən. Ancaq sonrakı matçlarda bunun bəhrəsini görürsən. Bu, elə bir idman növüdür ki, kollektiv şəkildə çıxış etmək lazımdır. Belə olan halda nəticələr də gələcək. Yenə deyirəm, sabahkı oyunda müdafiədə etibarlı çıxış edib, hücumdakı şanslarımızdan yararlanmağa çalışacağıq. Ümid edirəm ki, qələbə gələcək və inanıram ki, bu, sabahkı oyunda baş verər. Özümüz də axtarmalıyıq ki, nələrdə səhv edirik. Bu səhvləri tapıb aradan qaldırmalıyıq".
Qeyd edək ki, martın 25-də Masazırda “Bank Respublika Arena”da baş tutacaq Azərbaycan – Belarus matçının start fiti saat 21:45-də səsləndiriləcək.

Oxşar xəbərlər
Fernandu Santuş: "Bütün futbolçuları özüm dəvət edirəm"
"Neqativə köklənməməliyik" - Fernandu Santuş
Robert Prosineçki:"Oyunda yaxşı çıxış edəcəyinə söz verə bilmərəm"
Robert Prosineçki:"Sabahkı oyuna 100 faiz sağlam futbolçular çıxacaq"
Elxan Abdullayev: “Bu komanda ilə nəsə etmək çox çətindi”
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu gün Budapeştdə final günü - Çempionlar Liqası
-
Azərbaycan millisi Fransaya qarşı - Avropa çempionatı
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Azər Bağırov "Kəpəz"də qaldı, köməkçiləri dəyişir - ÖZƏL
-
Tarixlərində ilk titulu qazana bilərlər - Çempionlar Liqası
-
Anlaşma baş tutmadı - Azər Bağırov getdi

Misli Premyer Liqası