Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Neqativə köklənməməliyik" -Fernandu Santuş
Azərbaycan millisi sabah UEFA Millətlər Liqasının seçmə mərhələsi çərçivəsində Slovakiya yığması ilə qarşılaşacaq.
Sportfm.az xəbər verir ki, oyundan əvvəl milli komandanın baş məşqçisi Fernandu Santuşun mətbuat konfransı keçirilib. Portuqaliyalı çalışdırıcı nəyin baş verməsindən asılı olmayaraq, hər oyuna pozitiv hazırlaşmalı olduqlarını bildirib:
“Təbii ki, nəyin baş verməsindən asılı olmayaraq, hər oyuna pozitiv hazırlaşmalıyıq. Çünki qələbə və xallar qazanmaq istəyirik. Hər nə olursa olsun, futbolçularıma güvənirəm.
Kapitanlıq elə bir mövzudur ki, hər dəfə bunu dəyişmək istəmirik. Amma liderlik keyfiyyətlərini nəzərə alsaq, sabahkı oyunda Bədavi Hüseynovu düşünürük. Kapitan bir növ komandada baş məşqçinin sözçüsüdür. Fərd olaraq Emin Mahmudov bəyənirəm. Həmçinin oyunçu olaraq da. Amma futbolçu baş məşqçinin tapşırıqlarını yerinə yetirmirsə, demək ki, dəyişməliyik. İlk oyunda penaltini yerinə yetirməsi ilə bağlı göstəriş vermişdim, amma o, bunu etmədi.
Çox çalışmalıyıq. Müəyyən bir fəlsəfənin formalaşması üçün uzun zaman lazımdır. Artıq hücum xəttində müəyyən nələrəsə nail olduğumuzu düşünürəm. Son oyunlarda da qol vəziyyətləri yaratdıq. Düşünürəm ki, gələcəkdə bu şanslar daha çox olacaq və yararlana biləcəyik. Hazırda komandamın başlıca problemi çox qol buraxmağımızdır.
Azarkeşləri yaxşı anlayıram, bu nəticələrdən məmnun deyillər, eləcə biz də razı deyilik. Amma bu nəticələrlə qarşı-qarşıya qalıb neqativə köklənməməliyik. İstənilən halda, pozitiv olmalıyıq".
Qeyd edək ki, Azərbaycan millisi bu oyundan əvvəl Millətlər Liqasında keçirdiyi hər üç qarşılaşmada məğlub olub.

Oxşar xəbərlər
Santuşun mətbuat konfransı olacaq
“Futbolçularım Azərbaycana görə mübarizə aparmalıdırlar” - Fernandu Santuş
Fernandu Santuş mətbuat qarşısına çıxacaq
İtaliyalı məşqçi Azərbaycanın təzyiqindən danışdı
"Əlimizdən gələni etdik" - Fernandu Santuş
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin