Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Bakıda Dünya Kuboku başladı
Bakıda idman gimnastikası üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib.
Sportfm.az xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil edilən tədbirdə əvvəlcə iştirakçı ölkələr təqdim olunub. Ardınca dövlət bayraqları arenanın mərkəzinə gətirilib.
Gənclər və idman naziri Fərid Qayıbov hər il respublikamızda gimnastika növləri üzrə keçirilən mötəbər yarışlar və qazanılan nailiyyətlər barədə məlumat verib. O, Azərbaycanın gimnastikada daim uğurlu nəticələrlə yadda qaldığını deyib. Nazir bu yarışın Azərbaycanda idman gimnastikasının inkişafında və təbliğində əhəmiyyətli rol oynayacağını, idmançıların təcrübə əldə etmələrinə şərait yaradacağını söyləyib.
Sonra Dünya Kuboku açıq elan olunub və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbir daha sonra bədii hissə ilə davam edib.
Qeyd edək ki, yarışda ölkəmizi kişilər arasında Nikita Simonov (halqalar), İvan Tixonov (turnik), Rəsul Əhmədzadə (sərbəst hərəkətlər, dəstəli at), Mənsum Səfərov (dayaqlı tullanma, turnik), Murad Ağarzayev (sərbəst hərəkətlər), Ramin Dəmirov (paralel qollar), qadınlar arasında Nazənin Teymurova (6 alətin hər birində) və Dəniz Əliyeva (6 alətin hər birində) təmsil edirlər.
Dörd gün davam edəcək yarışların yekununda, həmçinin ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi “AGF Trophy” kuboku da təqdim olunacaq.
Dünya Kubokuna martın 9-da yekun vurulacaq.

Oxşar xəbərlər
Bakıda Dünya Kubokunun açılış mərasimi oldu
Gimnastlarımız dünya kubokunda iştirak edəcək
Bakıda Dünya Kuboku start götürür
Dünya kuboku yarışlarında ölkəmizi 7 idmançı təmsil edəcək
Bakıda Dünya Kuboku keçirilir - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“Neftçi” transfer qadağasının tezliklə ləğv olunacağına ümid edir
-
AMADA antidopinq yeniliklərini federasiyalara açıqladı
-
Bu gün finalçılar bəlli olacaq - Konfrans Liqası
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Qattuzo yenidən baş məşqçi olacaq
-
“Neftçi”nin sonuncu ev matçının biletləri satışda

Misli Premyer Liqası