reklam
“Turan Tovuz” “Zirə”yə, “Sabah” “Araz-Naxçıvan”a qarşı
Sportfm.az xəbər saytı

“Turan Tovuz” “Zirə”yə, “Sabah” “Araz-Naxçıvan”a qarşı


Misli Premyer Liqasında 25-ci turun oyunları davam edir.

Sportfm.az xəbər verir ki, bu gün turun daha iki matçı keçiriləcək.

Əvvəlcə “Turan Tovuz” öz meydanında “Zirə”ni qəbul edəcək. Hazırda Tovuz klubu 42 xalla dördüncü, paytaxt təmsilçisi isə 45 xalla ikinci pillədə qərarlaşıb.

Cari mövsüm bu komandaların oyunları məhsuldarlığı ilə seçilmir. Belə ki, ilk iki dövrədə “Turan Tovuz” və “Zirə”nin qarşılaşmalarında cəmi 1 qol vurulub. Öz meydanında rəqibini 1:0 hesabı ilə üstələyən Tovuz klubu səfərdə də qolsuz bərabərliyə nail olub.

Günün ikinci görüşündə “Sabah” “Araz-Naxçıvan”ı sınağa çəkəcək.

Misli Premyer Liqası

26-cı tur

4 mart

17:30. “Turan Tovuz” - “Zirə”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Fərid Hacıyev
VAR: Nicat İsmayıllı
AVAR: Vüsal Məmmədov
Tovuz şəhər stadionu

19:30. “Sabah” - “Araz-Naxçıvan”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Zöhrab Abbasov, Kamranbəy Rəhimov
VAR: Tural Qurbanov
AVAR: Kamran Bayramov
“Bank Respublika Arena”

5 mart

17:00. “Kəpəz” - “Neftçi”

3 mart

“Səbail” - “Şamaxı” - 0:2

“Sumqayıt” - “Qarabağ” - 0:2



Bombardirlər:

Leandro Anderade ("Qarabağ") - 10 qol

Cesse Sekidika ("Sabah") - 9 qol

Coy-Lens Mikels ("Sabah") - 8 qol

Felipe Santos ("Araz Naxçıvan") - 8 qol

Davit Volkov ("Zirə") - 8 qol

Salifu Suma ("Zirə") - 8 qol

Pavol Şafranko ("Sabah") - 7 qol

Oxşar xəbərlər

"Turan Tovuz" “Araz-Naxçıvan”a qalib gəldi - Misli Premyer Liqası
“Turan Tovuz” “Səbail”ə, “Sumqayıt” “Araz-Naxçıvan”a qarşı - Misli Premyer Liqası
“Zirə” “Araz-Naxçıvan”a, “Sumqayıt” “Səbail”ə qarşı - Misli Premyer Liqası
"Qarabağ" "Sumqayıt"a, “Turan Tovuz” “Zirə”yə qarşı - Misli Premyer Liqası
"Zirə" "Turan Tovuz"a, "Sabah" "Araz-Naxçıvan"a qarşı - Misli Premyer Liqası

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər