reklam
AFFA onları Region Liqasına buraxmadı -
Sportfm.az xəbər saytı

AFFA onları Region Liqasına buraxmadı - "Dəstək olmaqdan, kömək etməkdən, mane olurlar"


AFFA Corat qəsəbəsini təmsil edən "Cürət" komandasını "Region Liqası"na buraxmayıb.

Sportfm.az xəbər verir ki, bu haqda rekord.az-a açıqlamasında komandanın təsisçisi və baş məşqçisi Məmmədəli Qəniyev deyib.

72 yaşlı məşqçi federasiyanın addımını böyük hörmətsizlik adlandırıb: "Bu yaşımda futbola töhvə verməyə çalışıram, əziyyət çəkib komanda yaradıram, dəstək olmaqdan, kömək etməkdən, mane olurlar. Biz ötən mövsüm "Region Liqası"nda oynamışıq. Bu mövsüm isə II Liqa üçün müraciət etməyi düşünürdük. Elə oldu ki, ora buraxmadılar. Daha sonra oktyabr ayında yenidən "Region Liqası" üçün müraciət etdik və dedilər ki, gecdir. Halbuki elə də böyük zaman keçməmişdi, güzəşt edə bilərdilər. Biz onsuz da "Region Liqası"nın iştirakçısı idik, yeni komanda deyildik. Həm başa düşmürəm, biz oktyabrda müraciət etmişik, "gecdir" deyiblər, amma "Region Liqası" hələ də start götürməyib. Aradan keçən 5 ayda bizə" hə" deyilə bilməzdilər?".

Oxşar xəbərlər

Region Liqasının püşkü atılacaq
Region Liqasına buraxılmayan komanda narazıdı
Region Liqasında yarımfinalın təqvimi müəyyənləşdi
"Region Liqası"na komandalar buraxılmayacaq
Region Liqası keçiriləcəkmi? - Nonsens

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər