Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Birini Bakıdan, digərini Bağdaddan aldılar!
Ötən mövsüm "Neftçi"nin heyətində çıxış edən Jairo Rodriges özünə yeni komanda tapıb.
Sportfm.az xəbər verir ki, mövsüm başa çatdıqdan sonra "ağ-qaralar"dan göndərilən müdafiəçi karyerasını İranda davam etdirəcək. 24 yaşlı futbolçu bu ölkənin yüksək liqasında mübarizə aparan "Sepahan" klubu ilə razılıq əldə edib. Onunla yaxın günlərdə 2 illik müqavilə imzalanacaq.
"Sepahan" Jairo ilə yanaşı, Bağdanın "Al Şorta" klubunun iraqlı hücumçusu Marvan Hüseyn Əl-Əjeelli ilə də razılıq əldə edib.
Qeyd edək ki, Jayro 2015-ci ildən "Neftçi"də top qovurdu. O, "ağ-qaralar"ın heyətində iştirak etdiyi 33 matçda 2 qol vurmuşdu.
Oxşar xəbərlər
"Neftçi"nin sabiq futbolçusu İndoneziyada - FOTO
“Neftçi“nin sabiq futbolçusu "Montedio Yamaqata"da
"Qarabağ"ın sabiq futbolçusu İsveçrədə
Yığmamıza lazım olmayan futbolçu Türkiyə klubu ilə anlaşdı
"Çelsi"dən növbəti transfer
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası