Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Azərbaycanı "Böyük Dəbilqə"də təmsil edəcək cüdoçular açıqlandı -SİYAHI
Azərbaycan millisi Fransanın paytaxtı Parisdə keçiriləcək "Böyük Dəbilqə" turnirində 10 cüdoçu ilə təmsil olunacaq.
Sportfm.az xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən məlumat verilib.
Yarışda Əhməd Yusifov, Hüseyn Allahyarov (hər ikisi 60 kq), Ruslan Paşayev, Rəşad Yelkiyev (hər ikisi 66 kq), Rəşid Məmmədəliyev, Vüsal Qələndərzadə (hər ikisi 73 kq), Ömər Rəcəbli (81 kq), Əjdər Bağırov (100 kq), Uşanqi Kokauri və Kənan Nəsibov (hər ikisi +100 kq) tatamiyə çıxacaqlar.
Yarışda iştirak etməli olan Murad Fətiyev (90 kq) zədəli olduğuna görə turnirə qatıla bilməyəcək.
İdmançılara performans direktoru, kişilərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman, böyük məşqçilər Robert Kravçik, Elxan Məmmədov və Slavko Tekiç rəhbərlik edəcəklər.
Qeyd edək ki, "Böyük Dəbilqə" fevralın 1-2-də keçiriləcək.

Oxşar xəbərlər
Türkiyəyə 9 idmançı ilə yollanırıq - Böyük Dəbilqə
Tiflisə 15 cüdoçu ilə yollanırıq
Cüdo yığmamızın “Böyük Dəbilqə” üçün heyəti - SİYAHI
“Böyük Dəbilqə” üçün millimizin heyəti müəyyənləşib
Cüdo millimizin “Böyük Dəbilqə” üçün heyəti - SİYAHI
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası