reklam
20 yaşlı özbək oyunçu
Sportfm.az xəbər saytı

20 yaşlı özbək oyunçu "Mançester Siti"də


İngiltərənin "Mançester Siti" klubu müdafiə xəttini yeni oyunçu ilə gücləndirib.

Sportfm.az xəbər verir ki, Premyer Liqa təmsilçisi "Lans"dan Abdukodir Xusanovu transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Mançester Siti" özbək müdafiəçi üçün Fransa klubuna 40+10 milyon avro təzminat ödəyəcək. 20 yaşlı mərkəz müdafiəçisi ilə 2029-cu ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, "Lans" Abdukodir Xusanovu 2023-cü ilin yayında Belarusun "Energetik-BQU" klubundan 100 min avroya transfer etmişdi. Özbəkistan millisinin üzvü olan gənc futbolçu bu mövsüm Fransa təmsilçisinin heyətində meydana çıxdığı 16 rəsmi matçda 1 qol ötürməsi ilə yadda qalıb.

Oxşar xəbərlər

Özbək, gürcü, bu dəfə isə belaruslu - biz yenə yoxuq
20 yaşlı özbək futbolçu üçün 40 milyon avro
Saranı "Saray"a gətirdilər - TRANSFER
"Zenit"də braziliyalı oyunçu - TRANSFER
"Çelsi"dən rekord müqavilə - RƏSMİ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər