reklam
Millimiznin üzvü klubunu dəyişdi
Sportfm.az xəbər saytı

Millimiznin üzvü klubunu dəyişdi


Azərbaycan milli komandasının yarımmüdafiəçisi Emil Mustafayev Ukraynada klubunu dəyişib.
Sportfm.az xəbər verir ki, 23 yaşlı futbolçu "Polessye"dən "Çernomorets"ə keçib. Bu barədə Ukraynanın "football24" nəşri məlumat yayıb. O, yeni klubunda mövsümün sonuna qədər icarə əsasında çıxış edəcək.

"Çernomorets" Emillə yanaşı, "Polessye"dən Boqdan Pançinişi də icarəyə götürüb. Emilin müqaviləsində satınalma bəndi yoxdur.

"Çernomorets" Ukryna Premyer Liqasında 17 turdan sonra 12 xalla 15-ci pillədə yer alıb.

Qeyd edək ki, Emil Mustafayev 2023-cü il iyulundan "Polessye"də çıxış edir. Onun klubu ilə müqaviləsi 2027-ci il iyununa qədərdir.

Oxşar xəbərlər

Kökçü klubunu dəyişdi
Azərbaycanlı futbolçu klubunu dəyişdi
“Dinamo”nun sabiq futbolçusu “Araz-Naxçıvan”da - TRANSFER
“Qarabağ” qapıçısını icarəyə verdi
Dmitri Nazarov klubunu dəyişdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər