reklam
Yığmamızın üzvü Macarıstanda qələbə qazandı
Sportfm.az xəbər saytı

Yığmamızın üzvü Macarıstanda qələbə qazandı


Qadın voleybolçulardan ibarət Azərbaycan yığmasının üzvü Ayşən Abduləzimova Macarıstan çempionatında növbəti oyununa çıxıb.

Sportfm.az xəbər verir ki, təcrübəli blokçumuzun şərəfini qoruduğu "Vasas Obuda" 13-cü turda "Szent Benedekt" klubunu qəbul edib. Doğma meydanda keçirilən görüş voleybolçumuzun komandası üçün uğurlu alınıb. Ayşən və rəfiqələri 3 set davam edən matçda 3:0 () hesablı qələbəni bayram ediblər.

Komandasının çətinlik çəkmədiyi oyunda millimizin və "Vasas Obuda"nın kapitanı bir setdə oynayıb. Abduləzimova meydanda olduğu müddətdə 5 dəfə fərqlənib. O, bu xallardan 3-nü hücumda, 2-ni isə blokda qazanıb.

Qeyd edək ki, "Vasas Obuda" maksimum nəticə göstərərək 38 xalla turnir cədvəlinə vahid liderlik edir.

Oxşar xəbərlər

Ayşən Abduləzimova Macarıstan çempionu oldu
Millimizin üzvü kubokun qalibi oldu
Millimizin üzvü çempion oldu - Macarıstanda
Azərbaycanlı voleybolçu kubokun qalibi oldu
Yığmamızın üzvü Macarıstan klubu ilə müqavilə bağladı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər