reklam
Yenə onlar, yenə məğlubiyyətsiz matç -
Sportfm.az xəbər saytı

Yenə onlar, yenə məğlubiyyətsiz matç -Türkiyə Super Liqası


Futbol üzrə Türkiyə Super Liqasında 20-ci turun görüşlərinə start verilib.

Sportfm.az xəbər verir ki, tur çərçivəsində lider "Qalatasaray" səfərdə "Hatayspor"la qarşılaşıb.

Çempionatda məğlubiyyət acısı dadmayan tək komanda olan "sarı-qırmızılar" bu dəfədə yenilməyiblər.

28-ci dəqiqədə hesabda geri düşən "Qalatasaray" 56-cı dəqiqədə Viktor Osimehin penaltidən vurduğu qolla oyunda tarazlığı bərpa edib.

Bu görüşdə vurulan sonuncu qol olub.

Beləliklə, meydanı bərabərliklə tərk edən "Qalatasaray" xallarının sayını 51-ə çatdırıb.

Oxşar xəbərlər

"Qalatasaray"ı durduran tapılmır - Super Liqa
RAMS Park yenə qonaqlara kabus yaşatdı - Super Liqa
“Qalatasaray” “Beşiktaş”ı məğlub etdi - Türkiyə Super Liqası
Yenə İkardi, yenə qələbə - Super Liqa
"Qalatasaray" İstanbulda xal itirdi - Super Liqa

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər