reklam
Sportfm.az xəbər saytı

"Qarabağ"ın rəqibi derbi oyununda bərabərə qaldı


“Qarabağ”ın Avropa Liqasının Liqa mərhələsindəki rəqibi “Olimpiakos” Yunanıstan kubokunda 1/4 finalın ilk oyununa çıxıb.

Sportfm.az xəbər verir ki, Pirey təmsilçisi səfərdə “Panatinaikos”la üz-üzə gəlib. Əzəli rəqiblərin qarşılaşması bərabərliklə başa çatıb – 1:1.

“Panatinaikos”da Filip Dyuriçiç (51), “Olimpiakos”da isə Roman Yaremçuk (75) fərqlənib.

Komandalar arasındakı cavab görüşü fevralın 5-də keçiriləcək.

Qeyd edək ki, “Qarabağ” Avroliqanın son turunda - yanvarın 31-də Yunanıstanda "Olimpiakos"la üz-üzə gələcək.

Oxşar xəbərlər

"Qarabağ"ın rəqibi "Qalatasaray"dan futbolçu aldı
“Qarabağ”ın rəqibi Liqa Kubokunda finala yüksəldi
"Qarabağ"ın rəqibi qələbə qazandı
"Qarabağ" "Olimpiakos"la bərabərə qaldı - Avropa Liqası
“Olimpiakos” - “Qarabağ” oyunu ilə bağlı cəza qərarı - UEFA

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər