reklam
Sportfm.az xəbər saytı

"Fənər"in simvoluna çox dözmədilər -istefa


Türkiyə Super Liqasında növbəti baş məşqçi istefası gerçəkləşib.

Sportfm.az xəbər verir ki, "Antalyaspor" Aleks de Souza ilə yollarını ayırıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Braziliyalı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, Aleks de Souza mövsümün əvvəlində "Antalyaspor"un baş məşqçisi təyin olunmuşdu. Komanda 47 yaşlı mütəxəssisin rəhbərliyi altında keçirdiyi 21 rəsmi matçda 9 qələbə qazanıb, 3 heç-heçə edib, 9 dəfə isə məğlub olub. "Ağ-qırmızılar" Super Liqada 19 turdan sonra 21 xal toplayıb və turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb. Aleksin rəhbərlik etdiyi kollektiv dünən "Trabznspor"a 0:5 hesabı ilə məğlub olub.

Oxşar xəbərlər

Türkiyə klubunda baş məşqçi istefası - Ayrılıq
Türkiyə klubu azərbaycanlı məşqçi ilə yollarını ayırdı
Serbiyalı mütəxəssisi yola saldılar
Osmanı göndərdilər - İSTEFA
Emre Belözoğlu "Başakşehir"dən ayrıldı - İstefa

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər