reklam
Federasiya rəsmisi beynəlxalq matça təyinat aldı
Sportfm.az xəbər saytı

Federasiya rəsmisi beynəlxalq matça təyinat aldı


Azərbaycan Voleybol Federasiyasının “Təlim və aşağı yaş qrupları üzrə iş” şöbəsinin koordinatoru Nərgiz İsmayılova Avropa Voleybol Konfederasiyası tərəfindən beynəlxalq matça təyinat alıb.
Sportfm.az xəbər verir ki, N.İsmayılova yanvarın 8-də qadınlar arasında Çempionlar Liqasının B qrupunda baş tutacaq “SSC Palmberg Schwerin” (Almaniya) və “Levallois Paris Saint Cloud” (Fransa) komandalarının oyununda hakimlərin işinə qiymət verəcək.

Almaniyanın Şiverin şəhərində təşkil olunacaq qarşılaşmanın hakimləri ispaniyalı Rodriges Maçin Mariya de las Olas və polşalı Miçliç Aqneşkadır.

Qeyd edək ki, N.İsmayılova Avropa Voleybol Konfederasiyasının bayrağı altında keçirilən oyunlarla yanaşı, bu ildən etibarən Beynəlxalq Voleybol Federasiyası tərəfindən keçiriləcək yarışlara da supervayzer kimi təyinat alacaq.

Oxşar xəbərlər

Voleybol Federasiyasının rəsmisi beynəlxalq yarışda - Təyinat
Frişmana növbəti təyinat
AVF-in rəsmisi Avropa çempionatında - TƏYİNAT
Azərbaycanlı nümayəndələrə növbəti təyinat
Federasiyası rəsmisi Çempionlar Liqasının oyununda

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər